AZAL ləğv olunmuş reyslər üzrə biletlərinin sayını açıqlayıb
- 11.06.2020, 18:55,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AZAL ləğv olunmuş reyslər üzrə biletlərinin sayını açıqlayıb
“Hazırda sərnişinlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) reyslərinə aid 178 691 ədəd bilet var”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Uçuşlar bərpa olunduqdan sonra AZAL-ın xidmətindən istifadə etmək istəməyənlər biletin pulunu geri ala bilər. Hazırda əksəriyyət xidmətimizdən istifadə etmək istəyir”, - o qeyd edib.
AZAL çarter reyslərinin baha olması barədə deyilənlərə münasibət bildirib
“Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkə vətəndaşlarının vətənə qayıtması üçün təşkil olunan çarter reyslərinə biletlərin baha olması barədə deyilənlərə münasibət bildirib.
AZAL-ın vitse-prezidenti qiymətlərin standart olduğunu deyib:
“Əvvəllər biletlərin qiymətləri alındığı tarixdən asılı olaraq dəyişirdi, kimsə ucuz, kimdə baha alırdı. Hazırda isə standart qiymətlərdir”, - o qeyd edib.
Bundan başqa, AZAL rəsmisi deyib ki, vətəndaşlar çarter reysləri üzrə biletlərin alınmasına təxminən 30 milyon manat xərcləyib.
Aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bilet satışı sistemi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqəli işləyəcək.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
“Aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq. Çünki TƏBİB sərnişinlərin koronavirus testinin cavablarını hazırlamalıdır və həmin cavablar 48 saat müddətində qüvvədə olacaq. Sərnişinlərin testdən keçirilməsi dövlət hesabına olacaq”, - o qeyd edib.
LIVE.az, Report