"Formula 1" rəsmisindən Azərbaycan Qran-prisi ilə bağlı açıqlama


"Formula 1"in idman direktoru Ross Braun bu mövsüm keçirilməsi nəzərdə tutulan, lakin sonradan koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınan Azərbaycan və Sinqapur Qran-prilərindən danışıb.

LİVE.az report-a istinadla verdiyi məlumata görə, 66 yaşlı britaniyalı funksioner "Formula 1"in rəsmi saytına açıqlamasında sözügedən ölkələrdəki yarışların ləğv oluna biləcəyini istisna etməyib.

R.Braun bildirib ki, bütün variantlar müzakirə olunub: "Başa düşürük ki, daimi traslardan fərqli olaraq, Bakı və Sinqapur kimi şəhərlərdə yeni trasların qurulması böyük diqqət tələb edir. Hər bir detal nəzərdən keçirilib və biz mövsümün ikinci yarısını çox yaxşı keçirə bilərik. Baş tutmayan bir neçə Qran-pri olacaq. Amma onu deyə bilərəm ki, yarışların əksəriyyəti keçiriləcək".

Qeyd edək ki, bu gün Azərbaycan Qran-prisinin ləğv olunması ilə bağlı xəbər yayılıb.
Şərhlər
İdman bölməsinin xəbərləri