Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb"Azərbaycanda ən çox koronavirusa yoluxma Bakıda qeydə alınıb - 50,2 %".
LİVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Daha sonra ən çox yoluxma 12,4 %-lə Gəncə-Qazax və 12,3 %-lə Abşeronda qeydə alınıb.
Ümumilikdə, virusa yoluxma Aranda 8,8 %, Lənkəranda 7,2 %, Dağlıq Şirvanda 1,8 %, Şəki-Zaqatalada 1,7 %, Quba-Xaçmazda 1,5 %, Yuxarı Qarabağda 1,2 % təşkil edib. Yoluxmanın 2,9 %-i xaricdən gələnlərdə qeydə alınıb.
Ölkə üzrə ən az yoluxma isə 0,05 %-lə Naxçıvanda olub.
Bakıda koronavirusa ən çox yoluxma Yasamalda qeydə alınıbİyunun 13-nə olan məlumata görə, Bakı üzrə koronavirusa yoluxma ən çox Yasamalda qeydə alınıb.
Yasamalda virusa yoluxma 12,7% olub. Xətai rayonunda da yoluxma artaraq 12,2 faizə çatıb.
Ümumilikdə, Binəqədidə 12,1%, Sabunçuda 12%, Nəsimi 10,7%, Suraxanıda 9,6%, Nərimanovda 8,8%, Nizamidə 7,3%, Qaradağda 6,6%, Xəzərdə 4,4%, Səbaildə 3,2 % koronavirusa yoluxma qeydə alınıb. Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3%.