TƏBİB: Qanda anticismin yoxlanılması üçün ölkəyə 10 minə yaxın test gətirilib

“Qanda anticismin yoxlanılması üçün ölkəyə 10 minə yaxın test gətirilib. COVID-19 pasportunun hazırlanması istiqamətində çalışmalar davam etdiriləcək”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı vurğulayıb ki, virusla mübarizə üçün tələb olunan qaydalara düzgün əməl edilməlidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri