Azərbaycanda 1 gündə 500-dən artıq insan koronavirusa yoluxub, 6 nəfər vəfat edib

 
Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə mediaya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 464 koronavirus testi aparılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri