Maskadan istifadə koronavirusa yoluxmanı 50%-dək azaldır
- 25.06.2020, 16:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da koronavirusdan ölüm sayının oktyabradək 179 mini keçəcəyi gözlənilir, xalqın 95%-nin maska taxacağı halda isə bu rəqəmin 140 min civarında qalacağı ehtimal edilir.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu qənaətə Vaşinqton Universitetinin Ölçmə və Qiymətləndirmə İnstitutunun alimləri gəliblər.
Araşdırma nəticəsində ölkə əhalisinin əksəriyyətinin maska taxmağa qarşı diqqətli olduğu, ancaq bununla belə, bunun yetərsiz olduğu qeyd olunub. Bildirilib ki, maska taxanların sayı artmadıqca cari ilin oktyabrın 1-dək ölkədə koronavirusdan ölənlərin sayı 179 106-ya yüksələ bilər.
Araşdırmada xüsusilə maska taxmağın yoluxma ehtimalını 50%-dək azaltdığı vurğulanıb.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, amerikalıların 74%-i mütəmadi olaraq və ya hər zaman maska taxır.