ÜST koronavirusla mübarizəyə 31 milyard ABŞ dolları ayrılmasını istəyir




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə “ACT-Accelerator” beynəlxalq tərəfdaşlığı çərçivəsində koronavirusla mübarizə üçün vaksinlərin, diaqnostika və müalicə vasitələrinin işlənib hazırlanmasına 12 ay ərzində 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur.

LIVE.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki qərargahından bildirilib.

Aprel ayında başlanan bu təşəbbüs çərçivəsində adambaşına düşən gəlirləri aşağı və orta olan ölkələrə 2021-ci ilin ortalarına qədər 500 milyon diaqnostik test və 245 milyon dəst müalicə vasitələrinin göndərilməsi planlaşdırılır. Bundan əlavə, bu dövlətlərə hazırda hazırlanmaqda olan koronavirusa qarşı vaksindən 2 milyard doza verilməsi, o cümlədən bu sayın yarısının gələn ilin ortalarına qədər göndərilməsi planlaşdırılır.

ÜST-dən bildiriblər ki, bütün bu məsələləri həll etmək 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur: “Artıq 3,4 milyard ABŞ dolları vəd edilib. Beləliklə, təcili ehtiyacları ödəmək üçün 13,7 milyard ABŞ dolları da daxil olmaqla, 27,9 milyard əlavə vəsait tələb olunur”, - qurumdan deyiblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri