Koronavirus testindən keçmək istəyənlərə müraciət edildi
“Qızdırması və şikayəti olan hər kəsin müayinəsini həyata keçiririk. Hər hansı vətəndaş profilaktik testlərin aparılmasını istəyirsə, PCR tövsiyə olunmur”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, bu gün sadəcə simptomları olanlar pulsuz test olunur və bundan sonra da proses davam etdiriləcək.
Səhiyyə Nazirliyi: Özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur
“Biz indiki zamanda tibb işçilərindən çox asılıyıq. İstər təcili yardım işçiləri, istərsə də xəstəxana işçiləri xəstəliklə mübarizə edirlər. Bununla yanaşı, unutmamalıyıq ki, koronavirus infeksiyası ilə yanaşı, digər xəstəliklər də yerində qalır”.
Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Əgər əvvəllər simptomu olanlar təcili yardıma müraciət edirdilərsə, bundan sonra poliklinikalara da müraciət edə bilərlər. Hazırda özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər. Ona görə də həmin şəxslər bununla bağlı sahə həkimləri ilə əlaqə saxlaya bilər. Həmin şəxslərin müayinəsi sahə həkimlərinin nəzarəti altında həyata keçiriləcək”, - o bildirib.
Səhiyyə Nazirliyinin rəsmisi xatırladıb ki, koronavirus yüksək yoluxduruculuq qabiliyyətinə malikdir.
TƏBİB koronavirus testləri ilə bağlı məsələyə aydınlıq gətirdi
“Son zamanlar testə əlaqəli bizə müraciətlər çox olur. Bu gün biz sırf kliniki simptomları olan, yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edirik. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB rəsmisi bildirib ki, test cavablarının gecikməsi halı yoxdur, əksinə, yoluxma sayının artması prosesə təsir göstərir.
Y.Qarayeva əlavə edib ki, karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır: “SMS icazəsi ilə bağlı qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də, yəqin, müzakirə olunacaq".
Report