Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlanıb
- 03.07.2020, 16:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub.
Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, "icaze.e-gov.az" portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək: “Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Qərara əsasən Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) ictimai nəqliyyatın hərəkəti dayandırılır.