Tanınmış bəstəkar Ennio Morrikone vəfat edib



Dünya şöhrətli bəstəkar, aranjemançı və dirijor Ennio Morrikone vəfat edib.

Bəstəkar dünən gecə Roma klinikalarında birində dünyasını dəyişib. Onun bir neçə gün əvvəl yıxılaraq zədə aldığı qeyd olunur.

Morrikone 10 noyabr 1928-ci ildə  İtaliyada anadan olub. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşıb. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir.

Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı olub. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olub.

Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşıb.



APA, RİA Novosti
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri