Avrozonoda pərakəndə satışın aylıq dinamikası 21 ilin rekordunu təzələyib




Avrozonoda pərakəndə satış təkcə cari ilin may ayında 17,8% artıb və bu, 1999-cu ildən bəri ən yüksək aylıq artım kimi qeydə alınıb.

 APA  "Eurostat"a istinadən verdiyi məlumata görə, satışların kəskin artmasının əsas səbəbi region ölkələrinin karantin rejimlərinin tam və ya qismən aradan qaldırılması olub. İllik müqayisədə pərakəndə bazarda satışların mayda 5,1% az olmasına baxmayaraq, bu, iqtisadçıların proqnozlarından daha aşağı fərqdir.

Qeyd edək ki, mart ayında Avrozonoda pərakəndə satış aylıq müqayisədə 10,6%, apreldə isə rekord 12,1% azalıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri