Bakının ayrı-ayrı ərazilərini üfunət iyi bürüdü
- 06.07.2020, 23:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb.
Live.az report-a istinadla verdiyi xəbərə görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.
Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.
Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.
Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ESTN) "Report"a bildirildi ki, məsələ araşdırılır. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.
Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.