ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib
- 09.07.2020, 16:12,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib.
LIVE.az report-a istinadla verdiyi məlumatına görə, bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.
O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: “Lakin bunun üçün bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.
Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.