Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib



"COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir".

Bu barədə Dünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”, – o deyib.

Onun sözlərinə görə, virusun genetik cəhətdən müxtəlif olması elə bir əhəmiyyət daşımır, çünki virusun davranışını müəyyənləşdirən əsas genlərdə dəyişiklik yoxdur.



Report, RİA Novosti
Şərhlər
Sosial bölməsinin xəbərləri