Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib
- 31.07.2013, 01:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər 05.50-də Rusiyanın Sankt-Peterburq şəhərində 41 yaşlı Azərbaycan sakini naməlum şəxslər tərəfindən güllələnib.
Qohumlarının ANS-ə verdiyi məlumata görə, güllələnən həmvətənimiz Bakı şəhər sakini Əsədov Mübariz Mail oğlu olub.
Mərhum Sankt-Peterburq şəhərindəki Xo Şi Min küçəsində yerləşən ticarət pavilyonunda satıcı işləyirmiş. Sankt-Peterburq şəhərinin hüquq-mühafizə orqanlarının təmsilçilərinin fikrincə, hadisə qarət məqsədi ilə edilib. Hadisə yerinə gəlmiş polis dəstəsi mərhumun cəsədini və qarət edilmiş kassa aparatını aşkarlayıblar.
Qohumlarının ANS-ə verdiyi məlumata görə isə, qətl sərxoş şəxs tərəfindən törədilib. Sərxoş şəxs mərhum Mübariz Əsədovdan pulsuz araq istəyib, o isə vermədikdə qatil ona atəş açaraq kassanı da qarət edib.