Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
- 11.07.2020, 11:03,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,44% – 26,075.30 bəndədək, S&P 500 indeksi 1,05% – 3,185.04 bəndədək, Nasdaq indeksi isə 0,66% – 10,617.44 bəndədək yüksəlib.
Avropa fond bazarlarında iyulun 10-da FTSE 100 indeksi 0,76% – 6,095.41 bəndədək, Fransa CAC-40 indeksi 1,01% – 4,970.48 bəndədək, Almaniya DAX-ı isə 1,15% – 12,633.71 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,09% azalaraq 1 804,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% artaraq 1,1300 dollar təşkil edib.