Avrokomissar: "Pandemiyanın yaratdığı resesiya avrozona üçün təhlükədir"



COVID-19 pandemiyası üzündən ortaya çıxan resesiya Avropa İttifaqı (Aİ) üçün təhlükədir.

 “Die Welt” xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Paolo Centiloni bildirib.

“Resesiya gözlənildiyindən daha dərindir, avrozona ölkələri arasında iqtisadi inkişaf fərqləri də hələ yazda güman etdiyimizdən daha da artıb. Əvvəllər daim dilə gətirdiyimiz təhlükə artıq gerçəkləşir: pandemiyanın yaratdığı resesiya avrozonanı parçalaya bilər”.

Qeyd edək ki, Avropa İttifaqı iqtisadiyyatının pandemiyadan sonrakı dövrdə dirçəlməsi üçün nəzərdə tutulan 750 milyard avroluq fond, habelə 2021-2027-ci illər üçün 1,85 trilyon avroluq büdcəni razılaşdırarkən çətinliklər ortaya çıxıb. Bununla bağlı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyanat verərək bütün üzv ölkələri 17-18 iyul tarixlərində keçiriləcək Aİ zirvə görüşündə büdcəyə dair razılığa gəlmək üçün əllərindən gələni etməyə çağırmışdı.



“Report”
Şərhlər
Dünya bölməsinin xəbərləri