Bakıda Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edilib
- 31.07.2013, 09:30,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edilib. APA-nın məlumatına görə, əvvəlcə Mərakeşin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Tədbirdə əvvəlcə çıxış edən Mərakeş Krallığın Azərbaycandakı səfiri Həsəm Həmi milli bayram barədə qonaqlara məlumat verib. Səfir çıxışında vurğulayıb ki, kral VI Məhəmmədin dövründə ölkə böyük inkişafa qədəm qoyub.
Daha sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov səfiri və Mərakeş xalqını Azərbaycan hökuməti və ölkə rəhbərliyi adından Taxt-tac günü münasibəti ilə təbrik edib. Nazir qeyd edib ki, iki ölkə arasında əlaqələr daim inkişaf edir. Buna misal kimi o Azərbaycanın və Mərakeşin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil edilməsini göstərib.
İ.Abasov əlavə edib ki, Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq, qarşılıqlı etimad və dəstək, bundan sonra da ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək.