Azərbaycan gürcü şərabının idxalını azaldıb
- 13.07.2020, 17:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 42,2 ton təbii üzüm şərabı idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın tədarük etdiyi gürcü şərabının ümumi dəyəri 170,9 min ABŞ dolları təşkil edib.
İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan alkoqollu içkinin həcmi 15,2 ton və yaxud 26,4% azalıb.
Ötən ilin eyni dövründə olduğu kimi bu ilin iki rübü ərzində də Azərbaycan Gürcüstandan ümumi dəyəri 33 min ABŞ dolları olan 3,1 ton köpüklənən şərab alıb.
Report