Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb



Pandemiya dövründə gömrük xidməti olaraq bizim ön cəbhədə olduğumuza görə əsasən sanepidemioloji vəziyyət nəzərə alınaraq ölkəyə daxil olan malların və nəqliyyat vasitələrinin keçidi yüksək səviyyədə təşkil olunub .

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“ İlk günlərdən başlayaraq, əməkdaşların bu sahədə fəaliyyət göstərməsi üçün onların mütəmadi yoxlanılması işinin təşkili ilə bağlı Sizin müvafiq tapşırıqlarınıza uyğun olaraq, Dövlət Gömrük Komitəsinin hospitalında xüsusi laboratoriya təsis edilib. Əməkdaşların bu günə qədər 4700 testi aparılıb ki, onlardan 2000-ə yaxını mütəmadi birbaşa təmasda olanlardır.

Bu baxımdan onların sağlamlığı, həm ticarətimizin, idxal-ixrac əməliyyatlarımızın, həm də tranzit potensialımızın qorunması məqsədilə mütəmadi nəzarətdə saxlanılıb. 170-ə yaxın gömrük əməkdaşı ilkin olaraq pozitiv testlərlə çıxsa da, hazırda onlar müalicə olunub və normal iş fəaliyyətinə qayıdıblar. Bu gün fəaliyyətimiz gücləndirilmiş iş rejimində davam etdirilir”-deyə, Komitə sədri vurğulayıb.




Report
Şərhlər
Sosial bölməsinin xəbərləri