Yeni Xarici İşlər naziri təyin edilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Live.az xəbər verir ki, sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.


///

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

E.Məmmədyarov 2 aprel 2004-ci ildən nazir idi. Son günlər o mətbuatda və sosial şəbəkələrdə tənqid olunurdu.
Şərhlər
Siyasət bölməsinin xəbərləri