Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı
- 17.07.2020, 00:47,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 68 nəfərə çatıb.
Bu barədə live.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.
Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 345 nəfərdir.
Qeyd edək ki, Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.
Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.