Xaricdə yaşayan azərbaycanlı məşhurlardan ölkəmizə dəstək



Xarici ölkələrdə, o cümlədən Rusiyada yaşayan Azərbaycan əsilli ifaçılar sosial şəbəkələrdə, həmçinin "Instagram”da son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrlə bağlı ölkəmizə dəstək nümayiş etdirirlər.

“Crocus Group”un birinci vitse-prezidenti, müğənni Emin Ağalarov özünün “Instagram” hesabında bunları yazıb:

Əziz abunəçilər, Ermənistanla Azərbaycanın sərhədində münaqişənin eskalasiyası ilə əlaqədar öz Vətənini sevən və xalqını qiymətləndirən hər kəs öz vətəndaş mövqeyini və dəstəyini söyləməlidir.

Biz Ermənistanı Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatı üçün Azərbaycanın ərazilərinin işğalına son qoymağa çağırırıq.

Biz yalnız hamıya sülh arzu edirik və bütün həlak olmuş şəhidlərin və qəhrəmanların ailələrinə başsağlığı ifadə edirik.

Öz ölkəsinə və öz soykökünə böyük sevgi və hörmətlə Emin Ağalarov”.

Rusiyanın Azərbaycan mənşəli məşhur ifaçısı Cahid Hüseynli (JONY) “İnstagram” səhifəsində belə bir status paylaşıb:

"Vətəndə belə şeylər baş verəndə susmaq mümkün deyil. Siyasət heç vaxt yaradıcılıqla bağlı deyil.

Mən ürək yaralarının müalicəsi üçün mahnılar yaradıram və onlar hətta oxuduğum dili bilməyən insana toxuna bilər.

Amma mən azərbaycanlıyam. Bu mənim Vətənimdir

Mən bununla fəxr edirəm.

Və həmvətənlərimin, qardaşlarımın Vətən üçün necə həlak olmalarını görmək mənimçün ağrılıdır. Mən müharibəyə qarşıyam! Hamıya sülh səması altında işıqlı həyat arzu edirəm".

Məşhur bloger və ifaçı Hüseyn Həsənov isə "İnstagram" hesabında dəstəyini belə ifadə edib:

Mənim adım Hüseyn Həsənovdur və mən azərbaycanlıyam. Təəssüf ki, mənim Vətənimin sərhədində münaqişə kəskinləşdi, buna görə də hərbi qulluqçular və dinc sakinlər həlak oldular: kiminsə ataları, ərlər, qardaşlar, oğullar.

Mən həmişə istənilən təcavüzə qarşı olmuşam və olacam və sizi də buna çağırıram. Bizim hər birimizin uzunömürlü və xoşbəxt həyat yaşamaq imkanı olmalıdır! Və heç kim kimisə doğma evindən və doğma torpağından məhrum etmək hüququna malik deyil!”

“Hammali & Nava” cütlüyünün ifaçıları - Aleksandr Əliyev və Navai Bəkirovun  “İnstagram” hesablarında bu fikirlər yer alıb:  

“Hörmətli abunəçilər, təəssüf ki, Azərbaycan və Ermənistan sərhədində gənc əsgərlərin və yüksək vəzifəli zabitlərin həlak olmasına gətirib çıxaran hərbi əməliyyatlar yeniləndi.

Analar oğulsuz qaldı, qadınlar ərsiz, uşaqlar atasız".

Aleksandr Əliyev "İstagram"da əlavə edir: "Mənə münaqişəyə görə insanların həlak olduğunu görmək ağrılıdır. Mən müharibəyə qarşıyam, mən təcavüzün istənilən təzahürünə qarşıyam. Mən istəyirəm ki, hər bir insanın sülh səması altında xoşbəxt həyat yaşamaq imkanı olsun!

Ağlasığmazdır ki, mənim paylaşımım nəyi isə dəyişdirəcək, amma mən baş verənlər haqqında öz mövqeyimi ifadə etməyə bilmirəm.

Mən azərbaycanlıyam və mən bununla fəxr edirəm! Necə ki, sizin hər biriniz kimi mən özümünküləri sevirəm”.

Navai Bəkirov “İnstagram” hesabında Azərbaycanla fəxr etdiyini vurğulayıb:

Siyasət heç vaxt musiqi ilə bağlı deyil, mən hamı üçün yazıram, o dilə və sərhədlərə malik deyil!

Amma mən azərbaycanlıyam və mən bununla fəxr edirəm və mən həmişə sonuna kimi öz Vətənim üçün yanacağam istənilən başqa ləyaqətli insan belə edəcək.

Mən müharibəyə və zorakılığa qarşıyam!

Gənc oğlanlar cəbhələrdə həlak olurlar, amma onlar evdə valideynləri gözləyir. Ürək belə parçalanır. Buna son qoyun!

Allah şəhidlərimizə rəhmət eləsin!”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri