İyulun 20-dən SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır
- 17.07.2020, 20:34,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dən etibarən şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Bu barədə mediaya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.