Maykl Essyen: "Şəhidlər ölməz, vətən bölünməz!"


"Səbail" klubundan ayrılan ulduz futbolçu Maykl Essyen Azərbaycanla vidalaşıb.

Live.az-ın "Report"a istinafla verdiyi məlumata görə, 38 yaşlı qanalı yarımmüdafiəçi "Instagram" hesabından paylaşım edib.

Essyen Azərbaycanda oynamasının onun üçün xoş olduğunu bildirib: "Yenidən görüşənədək güclü və sağlam qalın".

Bir neçə gündür Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızı da unutmayan futbolçu bu sözləri yazıb: "Şəhidlər ölməz, vətən bölünməz".

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından "Səbail"də çıxış edirdi.
Şərhlər
İdman bölməsinin xəbərləri