Bakı metrosu avqustun 5-dək işləməyəcək - RƏSMİ

"Nazirlər Kabinetinin bugünkü 256 nömrəli qərarının 2.3 bəndi metropolitenin sərnişindaşıma fəaliyyəti ilə bağlıdır.

Live.az xəbər verir ki, əvvəlki qərarın 2.2 bəndindəki "20 iyul" ifadəsi "5 avqust" ifadəsi ilə əvəz olunub".

Bunları qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Qısaca olaraq, metropoliten avqustun 5-i səhər saat 6-ya qədər sərnişin daşımayacaq", - deyə o əlavə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri