Qasim Süleymaninin yerini ABŞ kəşfiyyatına bildirən şəxs edam olunub
- 21.07.2020, 00:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin ölümündə təqsirləndirilən Mahmud Musəvi Məcd edam edilib.
Casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.
Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb.
Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.
APA