BMT: “Azərbaycanla Ermənistan arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”
- 21.07.2020, 08:34,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.
Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
“Baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında (Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xətti – Red) genişmiqyaslı qarşıdurma fəlakət olar” , - Dyujarrik vurğulayıb.
Report