Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları baş tutub

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları baş tutub UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.


İlk oyun günündə 10 qarşılaşma keçirilib.


Nəticələr aşağıdakı kimidir:
"Şaxtyor" (Qazaxıstan) - "Skenderbeu" (Albaniya) - 3:0
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Styaua" (Rumıniya) - 0:1
"Nomme Kalyu" (Estoniya) - "Viktoriya" (Çexiya) - 0:4
"Austriya" (Vyana, Avstriya) - "Hafnarfyordur" (İslandiya) - 1:0
"Bazel" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0
"Nordsyelland" (Danimarka) - "Zenit" (Rusiya) - 0:1
PAOK (Yunanıstan) - "Metallist" (Xarkov, Ukrayna) - 0:2
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 1:0
PSV (Niderland) - "Sulte Varegem" (Belçika) - 2:0
"Lion" (Fransa) - "Qrasshoppers" (İsveçrə) - 1:0


İyulun 31-də isə APOEL (Kipr) - "Maribor" (Sloveniya), "Molde" (Norveç) - "Legiya" (Polşa), "Ludoqorets" (Bolqarıstan) - "Partizan" (Serbiya), "Zalsburq" (Avstriya) - "Fənərbağça" (Türkiyə) və "Seltik" (Şotlandiya) - "Elfsborq" (İsveç) qarşılaşmaları keçiriləcək.


Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri