Bakının Nizami küçəsində də hərəkət məhdudlaşdırılacaq



Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gecədən ərazidə hərəkət məhdudlaşdırılacaq.

 LİVE.az life.az istinadla xəbər verir ki, bu barədə mediaya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  bildirilib.

Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq.


* ​Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq​​​


 “Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib.

Bundan öncə, aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Sabit Orucov küçəsində bir müddət qabaq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.




Qeyd edək ki, Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.

Bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılır. Bu hissədə küçənin uzunluğu 1 km, eni isə 10.5 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirmə işləri görülüb və yeni yol əsası inşa edilərək hamarlayıcı lay asfalt-betonla örtülüb. Bundan başqa layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2,5 metr enində xüsusi parkinq yerləri yaradılıb.

Hazırda Mehdi Mehdizadə küçəsində asfaltlanma işləri görülür. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənir ki, bu işlər yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

28 may küçəsinin bir hissəsində aparılmış, hazırda Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan yenidənqurma işləri Nizami və Sabit Orucov küçələri, həmçinin yuxarıda adı çəkilən küçələri bir-biri ilə bağlayan digər ara yolları da əhatə edəcək.

Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri