“Moody’s” Azərbaycanın maliyyə dayanıqlığı reytinqini artırıb


“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a3" səviyyəsindən "a2" səviyyəsinə qaldırıb.

LIVE.az- xəbər verir ki, bunu APA-nın agentliyə istinadən verdiyi məlumata görə, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması Azərbaycanın güclü xalis kreditor mövqeyi ilə dəstəklənir. Ölkənin suveren fondlarının həcmi bütün birbaşa dövlət borclarını və zəmanətlərini qarşılaya bilir.

Qeyd edək ki, hazırda “Moody's” Azərbaycanın kredit reytinqini “Ba2” səviyyəsində qiymətləndirir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri