Şamaxı sakini 16 yaşlı bacısının başını kəsib
- 31.07.2013, 11:47,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şamaxı rayonunda qətl hadisəsi törədilib.
APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Xınıslı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsgəndərov Əmrah Mahir oğlu aralarında baş verən ailə münaqişəsi zamanı bacısı, 1997-ci il təvəllüdlü İsgəndərova Nərminə Mahir qızının bədəninə çoxsaylı bıçaq xəsarətləri yetirib və onun başını kəsib. Məlumata görə, Nərminə İsgəndərova bir neçə gün öncə özbaşına evi tərk edərək itkin düşüb.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən bir neçə gün axtarılan Nərminə İsgəndərova Bakı şəhərindən tapılaraq evə gətirilib. Əmrah İsgəndərovun bacısını bu hərəkətinə görə qətlə yetirdiyi bildirilir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.