"Bavariya"nın sabiq prezidentinin qohumu Bundesliqada baş məşqçi oldu


Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bunu report Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda bunadək "Bavariya 2"yə başçılıq etmiş Sebastyan Hönessə tapşırılıb.

Münhen klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğlu ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2019-cu ilin yayından "Bavariya 2"yə rəhbərlik edirdi.
Şərhlər
İdman bölməsinin xəbərləri