Nazir müavini: "İndiki şəraitdə ən çətin məsələrdən biri də proqnozların verilməsidir"
- 04.08.2020, 16:18,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Koronavirus pandemiyasının geniş yayılması dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib və göstərməkdə davam edir”.
LiVE.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
"Pandemiyanın nə qədər davam edəcəyi bəlli deyil. Cari ildəki vəziyyət ötən illərin heç biri ilə müqayisə olunmazdır. Belə bir böhran yaşanmayıb. Biz belə bir vəziyyətlə qarşılaşmamışıq. Bu şəraitdə ən çətin məsələrdən biri də proqnozların verilməsidir. Hazırda neftin qiyməti 40 dollar səviyyəsindədir. Cari ilin 6 ayının nəticələri bizim gözlədiyimizdən aşağı olub. İqtisadi artım martın sonlarından səngiməyə başlayıb”, - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini bildirib ki, ötən illə müqayisədə ölkə iqtisadiyyatına investisiya qoyuluşunda 2,7% azalma müşahidə olunub: “Pandemiyadan daha çox əziyyət çəkən turizm sektorunda isə 47,9% azalma müşahidə edilib”.