Vasif Talıbov keçmiş icra başçısını nazir təyin edib

Vasif Talıbov keçmiş icra başçısını nazir təyin edib Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı naziri təyin olunub.



APA-nın xəbərinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.



Qeyd edək ki, Elşad Əliyev buna qədər Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 22-də imzaladığı sərəncamla bu vəzifədən azad olunub. Elşad Əliyevi Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində Elşad Məmmədov əvəzləyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri