Si Cinpin əhalini yeməklə bağlı israfçılığa son qoymağa çağırdı

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkədə yeməkdə israfçılığa son qoymağın, daha qənaətcil olmağın vacibliyini bildirib.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, hazırda israfçılığın böyük bəla olduğunu vurğulayan dövlət başçısı xüsusilə COVID-19 pandemiyası baxımdan ərzaq təhlükəsizliyi sahəsində böhranın qarşısını almağın böyük əhəmiyyət daşıdığını qeyd edərək, bu problemi aradan qaldırmaq üçün qanuni tədbirlər daxil olmaqla uzunmüddətli mexanizm yaradacaqlarını diqqətə çatdırıb.

Yemək israfçılığını qınayan sosial mühit yaratmağın əhəmiyyətinə diqqət çəkən S.Cinpin orta və ali məktəblərdə bu istiqamətdə təbliğat və tərbiyə işlərinin səmərəli olacağını söyləyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri