Azərbaycan ət idxalını 18% artırıb



Bu ilin yanvar-iyul aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində 28,7 min ton ət idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 milyon ABŞ dolları (18,5%) çox, 129 ton (0,4%) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,87%-ni təşkil edib.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri