Azərbaycan startapları kraudfandinqə çıxarılacaq


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə elan etdiyi “Kraudfandinq”-ə dəstək müsabiqəsinin ilk mərhələsi yekunlaşıb.

Bu barədə report Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, “EnterpriseAzerbaijan” portalı ABB-nin dəstəyi ilə Azərbaycanın innovativ və orijinal startaplarına “KİCKSTARTER” platformasında ən yüksək səviyyədə təmsil olunma imkanı təqdim edir. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalının Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirdiyi müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi və peşəkar təqdimatın hazırlanmasında dəstək göstəriləcək.

Növbəti mərhələdə layihələr beynəlxalq kraudfandinq platforması olan ”Kickstarter”-də yerləşdiriləcək. Bununla da kraudfandinq kampaniyasına start veriləcək.

Qeyd edək ki, artıq ilk mərhələni keçən 10 innovativ və orijinal startap layihələri münsiflər heyətinə təqdim olunub. Onların sırasından onlayn formatda video müsahibədən sonra 5 qalib komanda seçilib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri