Azərbaycanda təmassız ödənişlər üzrə limit 2 dəfə artırılıb


Azərbaycan Mərkəzi Bankı (AMB) “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik edib. 

Dəyişikliyin məqsədi “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmassız ödənişlərin daha da genişləndirilməsidir. 

Dəyişikliyə əsasən, təmassız ödənişlər üzrə limit 2 dəfə artırılaraq 50 manatdan 100 manata çatdırılıb.




Report 






Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri