Berlin klinikası Aleksey Navalnının zəhərləndiyini təsdiqləyib



Berlinin "Charite" klinikası Aleksey Navalnının zəhərləndiyini təsdiqləyib.

APA-nın "Meduza"ya istinadən verdiyi xəbərə görə, klinik araşdırmaların nəticələri Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir.

Klinikadan bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyətinin ağır olsa da həyatı üçün kəskin təhlükə yoxdur.

Həkimlər əlavə ediblər ki, Navalnının xəstəliyinin nəticələri bəlli deyil, belə ki, xəstəliyinin sinir sistemində uzunmüddətli effekti qala bilər.

Qeyd edək ki, rusiyalı müxalifət lideri, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

///


2020-08-22 15:44

Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya yola salınıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, koma vəziyyətində olan rusiyalı müxalifətçi Berlin şəhərindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək.

Məlumata görə, təyyarə Omsk Beynəlxalq Hava Limanından yerli vaxtla saat 04: 59-da (Bakı vaxtı ilə - 05:59) uçub.

Xatırladaq ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.

İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komada olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri