Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Hazırda xəstələrin 179-u reanimasiyadadır. 24 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə, 1 748 xəstə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, son sutkada daha 184 nəfər COVID-19-a yoluxub, 160 nəfər sağalıb, daha 3 nəfər isə vəfat edib.

Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 105 nəfərə, sağalanların sayı 32 842 nəfərə vəfat edənlərin sayı isə 515 nəfərə çatıb.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri