Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi
- 24.08.2020, 14:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.
LIVE.az-ın xəbərinə görə, bu barədə report-a YAP-ın Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Si.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının toy mərasimində iştirak edib.
Nəticədə S.Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Hazırda S.Novruzov Milli Məclisin deputatı, parlamentin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədridir.