DİN Şamaxıda 16 yaşlı qızın qardaşı tərəfindən öldürülməsi faktı ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Şamaxıda 16 yaşlı qızın qardaşı tərəfindən öldürülməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də itkin düşmüş Şamaxı şəhərində yaşayan Nərminə İsgəndərova iyul ayının 30-da evinə qayıdıb. İyulun 31-də Əmrah İsgəndərov bacısı N. İsgəndərovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. İsgəndərov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri