"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi
- 31.08.2020, 16:08,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Ağdam təmsilçisi bu raundda Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da gerçəkləşəcək.
Xatırladaq ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Sileks"i 4:0, Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
"Molde" evdə Finlandiya “KuPS”unu 5:0, daha sonra Sloveniyada "Tselye"ni 2:1 hesabı ilə üstələyib.