Bakıda yeni avtomobil yolunun tikintisinə hazırlıq gedir
- 31.07.2013, 17:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Həsən Əliyev küçəsinin başlanğıcından Böyük Şor qəsəbəsində (Sabunçu rayonu ərazisi) tikilən Olimpiya Stadionuna qədər yeni avtomobil yolu çəkiləcək. Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, bu, Nazirliyin həyata keçirdiyi ən böyük layihələrdən biri olacaq: «Layihə Böyük Şor qəsəbəsində yeni avtomobil yolunun və yol ötürücüsünün tikintisini nəzərdə tutur. Bu yol Heydər Əliyev prospektinə paralel olacaq. Hava limanına qədər uzancaq bu yolun uzunluğu 20 km-dən artıq olacaq», - deyə N.Həsənov bildirib.
Qeyd edək ki, bu layihənin 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.