İsmayıl Safi: "İlham Əliyevin açıq dostluq mesajı inanılmaz dərəcədə əhəmiyyətli idi"
- 05.09.2020, 14:01,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“O görüş sıradan bir tədbir və ya nəzakət konfransı deyildi. Türkiyə orda yox idi və Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin qarşısında verilən bu açıqlama bütün dünyaya verilmiş dərin mənalı bir mesajdır”.
Bunu “Report”a açıqlamasında Türkiyə Prezidenti Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, doktor İsmayıl Safi deyib.
O bildirib ki, Prezident İlham Əliyevin vermiş olduğu mesaj tarixi açıqlamadır:
“Bunu bütün dünya öz tarixinə yazdı. İlham Əliyev qətiyyətli şəkildə fikrini ortaya qoydu və o açıqlamanı görün kimin üzünə qarşı sərt şəkildə söylədi. O, “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” dedi. Bunlar olduqca dərin mənaya sahib sözlər idi. Bu günlərdə, Türkiyənin Aralıq dənizində olan vacib maraqlarının olduğu bir bölgədə ölkəmizi sıxmağa çalışırlar. Onlar Türkiyəni sıxışdıraraq düşmənçilik siyasətini davam etdirirlər. Bu mənada elə bu hadisələrin yaşandığı bir vaxtda Azərbaycanın verdiyi açıq dostluq mesajı bizim üçün inanılmaz dərəcədə əhəmiyyətli idi. Təbii ki, bu, təktərəfli deyil. Bu, minilliklərə dayanan qardaşlığın mesajı idi. Eyni mesajı bir ay öncə Türkiyə Ermənsitanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirdiyi zaman da vermişdi. O gün Türkiyə hökuməti "Heç bir şərtsiz Azərbaycanın yanındayıq" dedi və türk əsgərləri, generalları Azərbaycana getdi. Yəni bu bir qardaşlığın bütün dünyada, dosta və düşmənə vermiş olduğu bir mesajdır. Mən türk millətinin bir fərdi olaraq İlham Əliyevi bu davranışa görə təbrik edirəm”.