Yaponiya koronavirusa qarşı peyvəndlərin alınması üçün 6,3 milyard dollar ayıracaq



Yaponiya hökuməti yeni növ koronavirusa qarşı peyvəndlərin alınması üçün 671,4 milyard yen (6,3 milyard ABŞ dolları) ayrılmasını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.

Onun sözlərinə görə, bu vəsait ilk növbədə koronavirüs əleyhinə peyvəndlərin alınması üçün nəzərdə tutulub. Vəsait hökumətin iqtisadiyyatı dəstəkləmək və koronavirusla mübarizə üçün təsdiq etdiyi əlavə büdcədən ayrılacaq.

Qeyd edək ki, Yaponiya artıq Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” və ABŞ-ın “Pfizer” şirkəti ilə təcrübə peyvəndlərindən 120 milyon doza almağa dair müqavilələr imzalayıb. Yaponiya hökuməti hazırda daha beş xarici şirkətlə danışıqlar aparır.
Şərhlər
Dünya bölməsinin xəbərləri