Hazırda Bakıda təcili yardımda 2 000-dən çox tibb heyəti çalışır
- 12.09.2020, 12:24,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb".
Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
O, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2 370 nəfərə yaxın həkim və orta tibb heyətinin çalışdığını bildirib: “Biz Sumqayıt şəhəri və Xırdalan, Masazır, Saray, Ceyranbatan qəsəbələrində yaşayanlara da xidmət göstərdik. Martın əvvəllərində Bakı ilə yanaşı, adını çəkdiyim yerlərdə də yoluxmuş vətəndaşlardan laborator müayinə materiallarının götürülməsi, laborator-çeşidləmə məntəqəsində barkodlaşdırma, xəstələrin hospitalizasiyası işi də bizə tapşırılıb”.
103 Çağrı Mərkəzindən söhbət açan TTTYS-nin baş həkimi bu xidmətin 170 nəfərdən ibarət olan dispetçer heyətinin həftənin 7 günü, 24 saat əhalinin xidmətində olduğunu və pandemiya dövründə hər gün qəbul etdiyi 2500-ə yaxın müraciəti icra etdiyini vurğulayıb: “Müraciətlərin əksəriyyəti həyat üçün təhlükə yaradan hallar - miokard infarktı, insult, doğuş, travmalar, zəhərlənmə, yanıq, cərrahi xəstəliklər, nevroloji, ginekoloji, psixiatrik problemlərlə əlaqədardır”.
Baş həkimin sözlərinə görə, koronavirusun yayılma sürətini azaltması prosesində əsas məsuliyyət TTTYS-nin üzərinə düşüb: "Təcili Tibbi Yardım briqadaları tərəfindən götürülmüş laborator müayinə materiallarının çeşidlənərək, siyahısının tərtib edilməsi, barkodlaşdırmadan sonra sistemə daxil edilməsi və mərkəzləşmiş laboratoriyaya çatdırılması, digər müəssisələr tərəfindən götürülmüş müayinə materiallarının ünvanlardan toplanması və s. Xüsusiləşmiş təcili yardım briqadaları tərəfindən hərarəti yüksək olan şəxslərdən gündəlik 1000 ədəddən çox laborator müayinə üçün yaxma nümunəsi götürülüb. Həmçinin, müəssisə və idarələrin işçilərindən kütləvi şəkildə laborator müayinə materiallarının götürülməsi, yoluxmuş şəxslə təmasda olanların ailə üzvləri, iş yoldaşları və yaxınlarından müayinə materialının götürülməsi, onlar barədə rayon icra hakimiyyətlərinə, polis idarələrinə, GEM-lərə, poliklinikalara məlumatların verilməsi icra olunub. Vəfat etmiş xəstələrdən laborator müayinə materiallarının götürülməsi, onların morqlara və respublikanın rayonlarına daşınması, laborator müayinənin nəticəsi müsbət çıxan xəstələrin ünvanlarının dəqiqləşdirilməsi, onların hospitalizasiyasını həyata keçirilib. Eyni zamanda, təcili yardım briqadaları xarici ölkələrdə təhsil alan tələbələr və iş adamları ölkəyə qayıdarkən, onları müvafiq karantin bölgələrinə aparıb, onları müşayiət edib və xəstəxanalara yerləşdirilməsi işi ilə məşğul olub".
Rauf Nağıyev bildirib ki, TTTY briqadaları COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində xidməti vəzifə öhdəliklərini yerinə yetirir: " Yoluxmuş şəxslər yalnız ehtiyac yarandığı halda (yüksək hərarət, yanaşı digər xəstəliklərin olması, tənəffüs çatışmazlığı) hospitalizasiya edilir. Xəstə ilə təmasda olan şəxslərdən, orta ağır və ağır xəstələrdən, ölüm baş verdiyi hallarda isə meyitdən laborator müayinə üçün yaxma nümunəsi götürülür. Laborator-çeşidləmə məntəqəsində barkodlaşdırmadan sonra müayinə materialı mərkəzləşmiş laboratoriyaya çatdırılır".
Report