Çip sənayesi tarixinin ən böyük satınalma əməliyyatı reallaşıb
- 14.09.2020, 22:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın texnologiya şirkəti “Nvidia” Yaponiyanın “Softbank”na məxsus çip istehsalçısı ARM-ı 40 milyard ABŞ dollarına satın alır.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, çip sənayesi tarixinin ən böyük alış-verişi nəğd pul və səhm müqabilində həyata keçiriləcək. Belə ki, “Nvidia”nın hazırladığı satınalma paketi 21,5 milyard dollarlıq şirkət səhmlərini, 12 milyard ABŞ dollarlıq nağd pulu, satınalma əməliyyatından sonrakı göstəricilərə əsasən 5 milyard ABŞ dolları şərti ödəmə və ARM işçiləri üçün ayrılan 1,5 milyard ABŞ dolları əhatə edir.
Müqavilənin Avropa İttifaqı, ABŞ, Çin və Böyük Britaniyanın tənzimləyici qurumlarının təsdiqindən sonra 18 ay ərzində tamamlanması gözlənilir.