"Qalatasaray" Bakıya gəlib

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray" komandası Bakıya gəlib.

İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. Terim jurnalistlərə Azərbaycanı çox sevdiyini söyləyib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlanacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri